Modern.az

Putin, Olland və Merkel Ukrayna ilə bağlı birgə sənəd hazırlayır

Putin, Olland və Merkel Ukrayna ilə bağlı birgə sənəd hazırlayır

Təhsil

7 Fevral 2015, 09:50


Rusiya, Almaniya və Fransa liderləri  Ukrayna münaqişəsi ilə bağlı əldə edilmiş Minsk razılıqlarının implementasiyası üzrə mümkün birgə sənəd hazırlayır.

Modern.az saytının məlumatına görə bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, Rusiya, Almaniya və Fransa liderlərinin Moskvada baş tutan görüşü haqqında açıqlama verərkən deyib ki, sənədin hazırlanması üzrə razılıqlara bazar günü baş tutacaq telefon söhbətində aydınlıq gətiriləcək.

Rusiya, Almaniya, Fransa liderlərinin telefon söhbətində Ukrayna prezidenti Pyotr Poroşenko da iştirak edəcək. Rusiya Federasiyasının, Fransanın və Almaniyanın liderlərinin görüşünün nəticələri haqqında minsk razılıqlarının implementasiyası üzrə (görə) mümkün birgə sənəd hazırlanır.

“Fransa prezidenti və Almaniya kansleri tərəfindən irəli sürülmüş təkliflərə əsaslanaraq hal-hazırda birgə sənədin hazırlanması istiqamətində iş aparılır. Minsk razılıqlarının implementasiyası üzrə mümkün birgə sənədin mətninin hazırlanması ilə iş aparılır”,-deyə Peskov bildirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı