Modern.az

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Təhsil

Bu gün, 15:14

"Bu gün informasiyaya çıxış heç vaxt olmadığı qədər asandır. Amma düzgün məlumatı tapmaq və etibarlı mənbəni seçmək artıq ayrıca bir bacarıqdır".

Modern.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabındakı paylaşımda qeyd edib. 

O, qeyd edib ki, informasiyanın çox olduğu bir dövrdə etibarlı mənbəyə söykənmək düzgün qərar verməyin ən vacib şərtlərindən biridir.

"Bəzən sosial şəbəkələrdə yayılan qeyri-dəqiq məlumatlar və ya şayiələr imtahan iştirakçıları və valideynlərdə əlavə narahatlıq yaradır. Halbuki əksər sualların cavabı artıq Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və digər rəsmi informasiya resurslarında yerləşdirilib.

Mən hər zaman ilk növbədə məlumatı rəsmi mənbələrdən yoxlamağı tövsiyə edirəm. Bu, həm vaxta qənaət edir, həm də yanlış qərar vermək riskini azaldır.

Əlbəttə, elə suallar olur ki, onların cavabını saytda tapmaq mümkün olmur və ya konkret vəziyyətlə bağlı əlavə izaha ehtiyac yaranır. Belə hallarda vətəndaşlar Dövlət İmtahan Mərkəzinin 1653 Çağrı Mərkəzinə və ya çatbot xidmətinə müraciət edə bilərlər.

2025-ci ildə Çağrı Mərkəzimiz tərəfindən 181 155 zəng cavablandırılıb. 2026-cı ilin ilk 7 ayı ərzində isə 99 780 müraciət cavablandırılıb. Eyni dövrdə DİM-in çatbotundan 70 178 dəfə istifadə edilib. Bu rəqəmlər göstərir ki, vətəndaşlarımız məlumat almaq üçün müxtəlif kanallardan fəal şəkildə istifadə edirlər.

İnformasiyanın çox olduğu bir dövrdə etibarlı mənbəyə söykənmək düzgün qərar verməyin ən vacib şərtlərindən biridir".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı