Modern.az

Hava yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq

Hava yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq

Təhsil

17 Fevral 2015, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı