Modern.az

Fikrət Qoca reanimasiyadan çıxarılıb

Fikrət Qoca reanimasiyadan çıxarılıb

Təhsil

17 Fevral 2015, 13:33


“Fikrət müəllimin vəziyyəti normaldır. Artıq reanimasiyadan palaytaya köüçürülb. Sadəcə həkim nəzarəti altında olduğu üçün iki-üş gün orada qalmalıdır”.

Modern.az xəbər verir ki, bunu hazırda Türkiyədə xəstəxanada müalicə alan xalq şairi Fikrət Qocanın səhhəti ilə əlaqədar Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

Xəyal Rza xalq şairinin vətənə qayıtma vaxtının dəqiq bilinməsə də, bunun çox çəkməyəcəyini deyib. Həkimlər dəqiq vaxt demədikləri üçün  Fikrət Qocanın konkret nə zaman Bakıya qayıdacağı bilinmir.

Xatırladaq ki, fevralın 10-da infarkt keçirən Fikrət Qoca müalicə üçün İstanbula aparılıb.

Elmin NURİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı