Modern.az

Qanunsuz ov edənlər saxlanılıb

Qanunsuz ov edənlər saxlanılıb

Təhsil

17 Fevral 2015, 18:02


Bu il yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının keçirdiyi reydlər zamanı qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb. ETSN-nin mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, saxlanılanlardan 35 ov tüfəngi, 105 patron və qanunsuz ovlanmış 2 quş götürülüb.

27 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 30 500 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 8 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı