Modern.az

Referendumun nəticələri Ərdoğanın prezidentliyə yolunu açacaq

Referendumun nəticələri Ərdoğanın prezidentliyə yolunu açacaq

Təhsil

11 Sentyabr 2010, 13:40

Sabah Türkiyədə Konstitusiyanın dəyişdirlməsi üzrə referendum keçiriləcək. Modern.az xəbər verir ki, Qərb mətbuatı bu hadisəyə ciddi diqqət ayırmaqdadır. Böyük Britaniyada nəşr olunan The Gardian qəzeti yazır ki, referendumun Türkiyənin gələcəkdəki regional və beynəlxalq rolu acısından ciddi nəticələri olacaq. “Qardian” müxalifətin referenduma qarşı təpkiləri fonunda vəziyyəti belə şərh edir:

“Hökumətin referendumdakı bacarıqsızlığı, Türkiyənin iqtisadi canlanmasını sarsıda, ordu içindəki üsyankar ünsürləri cəsarətləndirə, dini etirazları yüksəldə, kürd probleminin həlli yolundakı əngəlləri artıra bilər.  Referendumdan “yox” cavabı çıxması Türkiyənin qonşulara yönəlik və bölgəsində sabitləşdirici roluna du mənfi təsiri olacaq.”

Financial Times yazır ki, referendum baş nazir Rəcəb Tayyib Ərdoğan və AKP üçün güvən və etimad göstəricisidir. “Referendum seçicilərin səsini qazanmaq üçün Ərdoğanın girdiyi ən zorlu yarışıma olacaq. Referendumdan “əvət” çıxmasının Ərdoğanın üçüncü dönəm üçün seçilməsi və 2012-ci ildə prezidentliyə namizəd göstərilməsində rolu olacaq.  Səsvermədən “yox” çıxması isə müxalifəti canlandıracaq,  qeyri-sabit hökumət koalisiyalarına dönüş qorxusu yayacaq”.

Daily Telegraph-a görə, Ana Yasa dəyişiklikləri  Türkiyənin islamlaşma yolunu aça bilər.

Economist qəzeti “Ərdoğan bu işin öhdəsindən gələ biləcəkmi” sualını verir və özü də cavab tapmağa çalışır. Qəzet Ankara və İstanbuldan qələmə alınan və referendum əhval-ruhiyyəsinə həsr olunmuş məqaləsini baş nazir Ərdoğanın bir generalın altındakı xalını çəkməsini əks etdirən  karikatura ilə dərc edib. Ərdoğanın islahatları 1980-ci ilin sentyabrında hərbi çevrilişi həyata keçirənlərə qarşı xəncər olaraq hazırladığını yazan qəzet baş naziri tənqid edənlərin dəyişiklikləri Atatürkün layiq cümhuriyyətinə qarşı qəti bir qəsd kimi gördüklərini yazır.

Qəzetə sıradan olan  seçicilərin referendumu AK partiyası ilə ana müxalifətdəki CXP arasında bir yarış hesab etdiklərini yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı