Modern.az

Eldar İbrahimov - 70 - Təbrik VİDEOSU

Eldar İbrahimov - 70 - Təbrik VİDEOSU

Təhsil

12 Mart 2015, 12:00


Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor, görkəmli siyasi xadim Heydər Əliyevin yaxın dostu, silahdaşı Eldar İbrahimovun 70 yaşı tamam olur.

Bu yubiley günü münasibətilə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru, professor,  yubliyarın dostu Eldar Quliyev Eldar İbrahimova şeir ithaf edib və ona ürək sözlərini ünvanlayıb.

Modern.az Eldar Quliyevin təbrik mesajını təqdim edir.

- Mən Eldar müəllimi uzun illərdir tanıyıram.

O, Azərbaycanda özünəməxsus yeri və nüfuzu olan şəxsiyyətdir. İnanmıram ki, Azərbaycan cəmiyyətində Eldar İbrahimovu tanımayan adam olsun. Hətta əminəm ki, onu üzdən tanımayanlar belə, Eldar İbrahimov adı və soyadını tanıyırlar. Bunu Eldar müəllim öz zəhməti ilə qazanıb.

Eldar İbrahimov elə bir işıqlı insandır ki, adam onu tanıdıqca daha çox tanımaq istəyir. Bu isə onun yüksək insani keyfiyyətlərə malik olmasının göstəricisidir.

Düz 20 ildir ki, Eldar İbrahimov Milli Məclisin Aqrar Siyasət komitəsinə rəhbərlik edir. Onun sədrliyi ilə aqrar sahə ilə bağlı bu günə qədər çox mühüm qanunvericilik sənədləri hazırlanıb.

O, Milli Məclisdə ən təcrübəli komitə sədridir.

Eldar müəllim dövlət adamıdır. Zaman onu göstərir ki, o, hər zaman dövlət maraqlarını, milli maraqları şəxsi maraqlarından üstün tutub.

Bu xüsusiyyət təbii ki, onun mərhum Prezidentimiz, dünya çapında tanınan Azərbaycanlı dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevlə silahdaş olmasının təzahürüdür.

Eldar İbrahimov Heydər Əliyevin silahdaşı olub.

O, Azərbaycanın firəvan gələcəyinin Heydər Əliyevlə bağlı olduğunu hər kəsdən qabaq bəyan edib.

Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdanda onun yanında olub, bu böyük şəxsiyyətin məktəbini keçib.

Eldar müəllim özü qeyd etdiyi kimi siyasi həyatı Heydər Əliyevlə bağlıdır.

Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.

Eldar müəllim yalnız Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da ölkəmizi, dövlətimizi yüksək şəkildə təmsil edir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədr müavinidir. Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə səsləndirilməsində daim fəallıq göstərir.

Beynəlxalq tribunalardan Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ifşa olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün daim fəal olub.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsinə görə daim etiraz səsini ucaldıb.

Bu gün Eldar İbrahimov Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Eyni zamanda Türkiyə, İran, Pakistan və Sloveniya ilə parlamentlərarası əlqədar üzrə işçi qrupunun üzvüdür.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədridir.

Bir daha qeyd edim ki, bütün bunlar onu göstərir ki, Eldar İbrahimov yalnız Azərbaycan daxilində deyil, beynəlxalq sahədə də ciddi fəallıq nümayiş etdirir. Əsl vətəndaş mövqeyi bildirir.


Eldar İbrahimovun ən böyük xüsusiyyətlərindən biri də etibarlı, sədaqətli insan olması, dövlətçiliyimizin inkişafı, onun möhkəmlənməsi yolunda bütün gücünü ortaya qoymasıdır.

Bəli, birmənalı şəkildə demək olar ki, Eldar müəllim böyük şəxsiyyətdir.

Məhz onun bu yüksək insani keyfiyyətləri vaxtında ulu öndər Heydər Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.

Ümummilli liderimizin davamçısı Cənab Prezident İlham Əliyev də Eldar müəllimin bu keyfiyyətlərinə hər zaman dəyər verib, onun fəaliyyətinə yüksək dəyər verərək 60 illiyində  “Şöhrət Ordeni” ilə təltif edib.

Dünən isə Prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına ğörə, Eldar müəllimin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. 

Eldar İbrahimov həm də elm adamıdır.

Məhz elm adanı olması onun aqrar sahəylə bağlı mükəmməl qanunlar hazırlanmasına yol açıb.

Eldar müəllim hazırda İqtisad Universitetinin professorudur, iqtisad elmləri doktorudur. Ali Attestasiya Komissiyasında dissertasiya şurasının üzvüdür.

Eldar İbrahimov çox sadə insandır. Bir dəfə yol yoldaşı olmaqla onun nə qədər sadə, qayğıkeş, dəyərli insan olduğunu bilmək olar. Eldar müəllim böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edir.

Elə bir vəziyyət yaradır ki, tanımayan inasn da onu özünü dostu hesab etsin. Dəfələrlə şahidi olmuşam, ona müraciət edən kimsə ümidsiz geri dönməyib.

Öz ağsaqqal məsləhətlərini heç zaman insanlardan əsirgəməyib.

Eldar İbrahimovu tanıyanlar onu həkimə bənzədirlər. Çünki verdiyi məsləhətlər insana məsələlərdən çıxış yolunu göstərir.

Bu isə onun yüksək insani keyfiyyəti, keçdiyi həyat yolu və dərin elmi biliyi ilə bağlıdır.

Eldar müəllim milli dəyərlərimizi özündə əks etdirən əsl Azərbaycan kişisidir. Onun üçün milli dəyərlər müqəddəsdir. Gözəl, saf ailə sahibidir. Ailədə çox ciddi tələbləri var. Yaxından tanıyan biri kimi deyə bilərəm ki, onun ailə məsələsində sərt siması var.

Buna baxmayaraq ailəsinə çox bağlıdır. Nə qədər sətdirsə, o qədər də ailəcanlıdır. Bəzən kənardan müşahidə aparıb yaxşı mənada onun bu xüsusisyyətlərinə qibtə edirsən.

Hətta deyirdim, ailə münasibətlərində, baba-nəvə sevgisində ondan öyrəniləcək çox dəyərlər var.

Ümumiyyətlə, hesab etmək olar ki, Eldar İbrahimov böyük bir həyat məktəbidir. Bir daha qeyd etmək istəyirəm ki, bu, birmənalı şəkildə onun xalqımızın əbədi lideri Heydər Əliyevlə silahdaş olması ilə bağlıdır.

Dostlara münasibətdə Eldar İbrahimov çox unikal şəxsiyyətdir. Hər yerdə dostlarının öndə olmasına çalışır. Yaxşı bir şey olanda onu özü götürməz, dostlarına verər.

Ona görə də ətrafında çox böyük dost ordusu var. Mənəvi cəhətdən çox zəngin insandır. Söhbət düşəndə Eldar İbrahimov çox varlı olduğunu deyir və bunu dostlarının çox olması ilə əlaqələndirir.

Sədrimizin böyük xüsusiyyətlərindən biri də onun doğru, dürüst, düzgün olmasıdır. Onun obyektivliyinə şübhə ola bilməz. O, qaraya qara, ağa ağ deməyi bacarır.

Doğrunu deyəndə heç nədən çəkinmir.

Vaxtilə Heydər Əliyevi istəməyən qüvvələr hakimiyyətdə olarkən Eldar İbrahimov çəkinmədən Azərbaycanın nicat yolunun Heydər Əliyevdə olduğunu bəyan etmişdi. Halbuki özü də bilir di ki, bu çıxışı onun həyatını təhlükəyə atır.

Ancaq o həqiqəti deyərkən heç nədən çəkinməyib.

Bu gün də belədir.

Və ən başlıcası Eldar müəllim sağlam düşüncəya malik bir şəxsiyyətdir. Çox səmimi deyirəm, mənə elə gəlir ki, ona 70 yaş vermək olmaz. Və bütün dostlar belə düşünür.

Dostumuz ruhən çox cavandır. Bəli, o qədər fəaldir ki, o qədər işləkdir ki, Eldar müəllimi bu enerjisinə görə yalnız gənclərlə müqayisə etmək olar.

 Hörmətli Eldar müəllimi bu yubiley yaşı müansibətilə ürəkdən təbrik edirəm.

Ona can sağlığı, tükənməz enerji, daim dostlarının yanında, ailəsinin başında olmasını arzulayıram...

 Əziz dostum Eldarım! 

 

Eldar Allahyaroğlu (Quliyev)

 

Milli Məclisin deputatı, İqtisad Elmlər doktoru, Professor

  

Səndə vardır geniş ürək, 

Öz xalqına sənsən gərək. 

Vətənini sevir gerçək, 

 Əziz dostum Eldarım!  

 

Millətinə sən bağlısan, 

Hər çıxışda sən haqlısan. 

Qorxmaz sima vardırsəndə, 

Elin dostu Eldarım! 

 

Böyük məktəb sən keçmisən, 

Heydər babam sirdaşısan.

Düşməninə əyilməyən, 

İgid dostum Eldarım! 

 

Ailən sənin müqəddəsdir, 

Hər bir balan bir şəfqətdir. 

Onlar sənə şan-şöhrətdir, 

Çox sevilən Eldarım!

 

Öz işində nümunəsən,

Hər bir kəsə sən məsləksən.

Bizlərə sən bir örnəksən,

Ümid yerim Eldarım!

 

Yetmiş sənçün kiçik çiçək,

Yüz yaşında səni görək.

Böyük Allah qoy qorusun,

Əziz sədrim Eldarım!  

 

Bu şeiri əziz dostum və qardaşım Eldar İbrahimova həsr edirəm.

 

Bakı şəhəri,

12 mart 2015-ci il

 

 


 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı