Modern.az

Nazir müsabiqə keçirir

Nazir müsabiqə keçirir

Təhsil

12 Mart 2015, 10:26

Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi keçirir.

Modern.az nazirliyə istinadən xəbər verir ki, təqdim ediləcək məqalələri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi və ölkəmizin bir sıra aparıcı elmi və ali təhsil müəssisələrinin rəhbərlərinin üzv olduğu komissiya qiymətləndirəcək.

Müsabiqəyə təqdim olunacaq məqalələr analitik xarakterli olmalı və mədəniyyətlərarası dialoq məfhumunda mövcud sosial-siyasi və mədəni dəyərlər sisteminin təşviq olunmasına xidmət etməlidir.
Məqalələr dünyada cərəyan edən siyasi proseslər və mövcud qlobal tendensiyalar kontekstində mədəniyyətlərarası dialoq məfhumunun aktuallığının aşılanmasını özündə əks etdirməlidir.

Müsabiqədə  birinci yerə layiq görülən üç nəfərin hər birinə 1500 manat, ikinci yeri əldə edən üç nəfərin hərəsinə 1000 manat, üçüncü yeri qazanan üç nəfərin hər birinə isə 500 manat mükafat veriləcək. Beş nəfər isə məbləği 300 manat olacaq həvəsləndirici mükafata layiq görüləcək.

Elmin NURİ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı