
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin Sovetski rayon məhkəməsi “Admiral” ticarət mərkəzini icarəyə götürən azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 30 yaşlı Hüseyn Qəhrəmanov barəsində 2015-ci il may ayının 11-dək – 2 aylıq həbs qərarı çıxarılıb.
Martın 12-də İstintaq Komitəsi ticarət mərkəzində baş verən yanğınla bağlı qaldırılan cinayət işi çərçivəsində Qəhrəmanovun saxlanıldığını elan edib.
“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Ölənlər arasında 3 Azərbaycan vətəndaşının olduğu da bildirilir.
Modern.az