Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimlinin sözlərinə görə Azərbaycanda onkoloji xəstələrin sayı ildən-ilə artır. Onun “Trend”əə verdiyi açıqlamasına əsasən, onkoloji xəstələrin sayı 2010-cu ildə 28 min nəfər idisə, 2014-cü ilin sonunda artaraq 40 min nəfərə yaxınlaşıb.
Statistikya görə, Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik ağ çiyər və nəfəs yolları xərçəngidir. Bunlar da ən çox kişilərdə rast gəlinir.
Hazırda ölkədəki onkoloji xəstələrin 3-də 1-i isə 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.
Modern.az