Modern.az

Türkiyədə intihar edən əsgər sayı şəhidlərin sayından çoxdur - AÇIQLAMA

Türkiyədə intihar edən əsgər sayı şəhidlərin sayından çoxdur - AÇIQLAMA

Təhsil

14 Mart 2015, 10:21

Türkiyə Silahlı Qüvvələrində son 10 il içərisində intihar edənlərin sayı şəhid sayını keçib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrora qarşı mübarizədə verilən şəhid sayı 818 olubsa, eyni müddətdə 934 əsgər intihar edib.

Məlumatda qeyd edilir ki, əsgər intiharları 2012-ci il rəqəmlərinə görə həyatına qəsd edən mülki vətəndaşlardan 2,5 dəfə çoxdur. Milli müdafiə naziri İsmət Yılmazın Türkiyə Böyük Millət Məclisində verdiyi məlumatlara görə, 2002-2012-ci illər arasında Türkiyə Silahlı Qüvvələrində 983 əsgər intihar edib. Son 3 ildə təsbit edilən 158 intihar hadisəsi ilə birlikdə qeydlərə görə son 13 ildə intihar edən əsgər sayı 1141 olub.

Son 10 ildə terrora qarşı  mübarizədə verilən şəhid sayı  isə 818 olub.

Digər məlumata görə, əsgərlərin 42 faizi təhqirdən, 30 faizi təzyiqdən, 28 faizi müxtəlif cəzalardan, 24 faizi xidmət etmək qabiliyyətinə yiyələnə bilməməkdən, 14 faizi həddindən artıq fiziki fəaliyyətə məcbur edilməkdən, 14 faiz təhdid edilməkdən, 7 faizi rütbəli personalın şəxsi işlərinə məcbur etdirməsindən, 7 faizi  yuxusuz qalmaqdan şikayət edir.  

Modern.az            

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı