Suriyada 2011-ci ildən başlayan və bu günə kimi davam edən vətəndaş müharibəsində ölənlərin yeni sayı açıqlanıb.
Modern.az saytının xarici KİV-ə istinadla verdiyi məlumata görə bu barədə Suriya İnsan Haqları Təşkilatı yeni hesabat yayıb.
Hesabatda bildirilir ki, 4 ildir davam edən vətəndaş müharibəsi zamanı 211 min insan ölüb. Qeyd edilib ki, Suriya ordusu tərəfindən 18 min 242 uşaq, 18 min 457 qadın, 11 min 427 olmaqla 176 min 678 sivil vətəndaş və 27 min 496 müxalif öldürülüb.Hesabatda vurğulanıb ki, bombardman qurbanlarının 19 faizi qadın və uşaqlardır.
Suriya hakimiyyətinə qarşı mübarizə aparan “Əl-Nusra” cəbhəsinin hücumları zamanı isə 787 adamın öldüyü bildirilib.
Bununla yanaşı, anti-İŞİD koalisiyasının radikal müxalif qüvvələrə qarşı həyata keçirdiyi hava əməliyyatları zamanı 103 sivil vətəndaşın həyatını itirdiyi də yazılıb.
Modern.az