Modern.az

“Nicat Quliyev əfv olunmaq istəsəydi, mənə deyərdi” - Vəkil

“Nicat Quliyev əfv olunmaq istəsəydi, mənə deyərdi” - Vəkil

Təhsil

14 Mart 2015, 12:39

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin atası Əmir Quliyevin yas mərasiminə buraxılması yenidən baş tutmayıb. Bu barədə Modern.az saytına vəkili Əfqan Məmmədov məlumat verib:

“Penitensiar Xidmətə ünvanladığım müraciətə cavab olaraq bildirildi ki, məktuba baxılması üçün 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Müəssisəyə göndərdiyim məktuba cavabda yazılıb ki, cəzaların icrası məcəlləsinin 89.1-ci maddəsinə nəzərdə tutulub ki, az ağır, yüngül ictimai əhəmiyyət kəsb etməyən cinayətlərə görə qısa müddətli səfər, yəni iki gün müddətində buraxıla bilər. Amma Nicat Quliyevin yas mərasimində iştirak etməsini məqsədə müvafiq hesab etmirik.

Nicat Quliyevlə telefon əlaqəsi saxlayırıq. Səhhətində istintaq dövründən problemlər var idi, indi də davam edir. Amma o elə insandır ki, bunu dilinə gətirmir. Saxlanma şəraiti o qədər də ürəkaçan yer deyil. Onun vəziyyətini baş düşürəm”.

Əfqan Məmmədov Nicat Quliyevin əfv olunması üçün bu vaxta qədər müraciət etmədiyin deyib: “Müvəkkilim əfvə düşmək istəsəydi yəqin ki, mənə deyərdi. Hüquq müdafiəçilərinin Nicat Quliyevin adını əfv siyahısına salmasını təqdirəlayiq hesab edirəm. Çalışıram ki, Nicat azadlığa çıxsın, amma…”

Nicat Quliyevin atası Əmir Quliyev fevralın 12-də vəfat edib, Buzovnada dəfn olunub.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.  Nicat Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Yeganə QTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı