Modern.az

Binə Ticarət Mərkəzində yanğın olub - FOTOLAR

Binə Ticarət Mərkəzində yanğın olub - FOTOLAR

Təhsil

14 Mart 2015, 13:46

Martın 14-də Binə Ticarət Mərkəzində yanğın baş verib. Modern.az saytına daxil olan məlumata görə, hadisə 7-ci sıranın birinci mərtəbəsində beşinci korpusda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğının digər mağazalar keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Nəticədə mağaza sahibinə xeyli miqdarda ziyan dəyib.




Yeganə OQTAYQIZI
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı