Ötən il Venesuelada hökumət əleyhinə keçirilən aksiyalarda iştirakı zamanı həbs olunan dissident həbsxanada həyatına qəsd edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 69 yaşlı Rodolfo Qonsales ciddi rejimli həbsxanaya köçürüləcəyi xəbərini eşidəndən sonra özünü asıb. Müxalifətçinin meyiti Venesuela gizli xidmətinin binasındakı kamerada aşkarlanıb.
Qonsales prezident Nikolas Maduronun fəal əleyhdarı olub. Onun intiharı ilə bağlı dövlət səviyyəsində araşdırma başlayıb.Modern.az