Bir neçə gündür ki, Bakının küçələrində avtomobil seyrəkliyi müşahidə olunur.
Yəqin bunu hamınız hiss etmisniz.
Ekspertlərin fikrincə, bu, rayonlardan iş arxasınca Bakıya gələnlərin öz bölgələrinə qayıtmaları ilə bağlıdır. Onların rayonlara qayıtması, eyni zamanda Bakını tıxacdan da müəyyən qədər təmizləyə bilib. Bakıda yaşayan insanlar təsdiq edə bilərlər ki, son 10 gündə paytaxtın küçələrində avtomobillərin sayı gözə çarpacaq dərəcədə azalıb. Bu, onu deməyə əsas verir ki, artıq Bakı bir növ tıxacdan azad olur.
Manatın devalvasiyasından sonra iş arxasınca Bakıya gələn insanlar aldıqları məvaciblə özlərini və ailələrini dolandıra bilmədikləri üçün rayonlara qayıdırlar və daha çox orada işləməyə üstünlük verirlər.
Bu isə Azərbaycanda aqrar sahənin yenidən dirçəlməsinə təkan verəcək.
Modern.az