Modern.az

Musa Quliyev Serbiyada çıxış edəcək - FOTO

Musa Quliyev Serbiyada çıxış edəcək - FOTO

Təhsil

16 Mart 2015, 13:18


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında  (PA) İqtisadiyyat komitəsinin sədri, deputat Musa Quliyev Serbiyada səfərdədir.

Modern.az-ın məlumatına görə, deputat dünən QİƏT PA-nın baş katibi Asəf Hacıyevlə birlikdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla görüşüb, birlik əməkdaşlarının və Serbiya parlamentinin vitse-spikeri İqor Beşçiçin iştirakı ilə Belqradın Kaşmaydan parkında mərhum dövlət başçısı Heydər Əliyevin abidəsini və Novi Sad şəhərində görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin büstünü ziyarət ediblər.  

Bu gün Belqradda deputatın  sədrliyi ilə QİƏT Parlament Assambleyası İqtisadiyyat komitəsinin 44-cü sessiyası başlayıb.   Sessiyada deputat Musa Quliyev Azərbaycanda İKT sektorundakı uğurlarımızdan bəhs edən məruzə ilə çıxış edəcək.  

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı