
“İslam Partiyası olaraq, bizim məqsədimiz icazəli mitinqlər keçirməkdir. Çünki kifayət qədər mitinq keçirməyə potensialımız var”. Bunu Modern.az-a açıqlamasında İslam Partiyasının sədr əvəzi Elçin Manafov deyib.
“Müxalif mövqedə olan partiyayıq. Zaman-zaman mitinq keçirib etirazlarımızı bildirmişik. Bildiyiniz kimi bizim zindanlarda olan məhbuslarımız var. Onlara qarşı olan təzyiqlərə, təpkilərə etiraz etmək fikrindəyik.
Yaxın zamanlarda mitinq keçirmək haqqında düşünürük. Amma, mitinq keçircəyimiz tarix bəlli deyil”.
Elçin Manafov Milli Şuranın ötən gün keçirilən mitinqinə toxunanaraq qeyd edib ki, partiyadan sözügedən aksiyaya qatılmaq istəyənlərə etiraz edilməyib.
“Milli Şuranın mitinqinə qatılmamağımızın səbəbi var idi. Çünki mən burda yox idim. Eyni zamanda, biz idarədə işçilərə “kim könüllü iştirak etmək istəsə, mitinqə qatıla bilər” dedik. Amma partiya şəklində orda ola bilmədik”.
Namidə BİNGÖL