Modern.az

“Golden Travel” MMC-nin direktoruna cinayət işi açıldı

“Golden Travel” MMC-nin direktoruna cinayət işi açıldı

Təhsil

16 Mart 2015, 16:25


“Golden Travel” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı “Delta Group” MMC-nin subagent qismində əməkdaşlıq etdiyi və müqavilə əsasında aviadaşıma biletlərinin satışı hüququ verdiyi “Golden Travel” MMC-nin direktoru Fariz Əhmədovun 2012-2014-cü illərdə aviadaşıma biletlərinin satışından əldə etdiyi etibar edilmiş özgə əmlakının 91 min manatını mənimsəmə və ya israf etmə yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı