Modern.az

Peşə liseylərinin buraxılış imtahanlarının nəticələri açıqlandı

Peşə liseylərinin buraxılış imtahanlarının nəticələri açıqlandı

Təhsil

16 Mart 2015, 18:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün martın 15-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.    

Modern.az xəbər verir ki, nəticələr martın 16-da saat 17:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. 

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.    

İmtahan nəticələrinə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 5026 şagirddən 203 nəfəri imtahana gəlməyib. 2 şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilmiş və nəticələri ləğv edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı