Modern.az

Bəşər Əsəd ABŞ-ın Suriya ilə bağlı təklifini rədd etdi

Bəşər Əsəd ABŞ-ın Suriya ilə bağlı təklifini rədd etdi

Təhsil

16 Mart 2015, 21:10

ABŞ dövlət katibi Con Kerrinin Suriya münaqişəsinin həlli ilə bağlı açıqlaması dünya siyasi gündəminin aparıcı mövzularından biridir. Qeyd edək ki, Con Kerri “ABŞ Bəşər Əsədlə müzakirələr aparmağa məcburdur” deyib.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Suriya prezidenti Bəşər Əsəd isə ABŞ dövlət katibinin açıqlamasına münasibət bildirib. Bəşər Əsəd Suriya Dövlət Televiziyasına söyləyib  ki, xaricdən gələn açıqlamalar onları maraqlandırmır.

“Suriyanın gələcəyi ilə bağlı ancaq xalq daışa bilər. Hələ də açıqlamalar eşidirik. Amma qərara verməzdən öncə bir tədbir görməliyik. Qərarı da bundan sonra verməliyik””,-deyə Bəşər Əsəd bildirib. 

Prezident onu da əlavə edib ki,  beynəlxalq aləmdə Suriya probleminin həllinə töhfə verən müsbət addımlar atılmır.  

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı