Modern.az

Oqtay Əsədov: “Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 8 dəfə çoxdur”

Oqtay Əsədov: “Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 8 dəfə çoxdur”

Təhsil

17 Mart 2015, 12:27

Milli Məclisin bugünkü iclasında müzakirə olunacaq əsas məsələ Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatı olacaq. Modern.az xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycan sosial-iqtisadi sahədə sürətli inkişafa nail olub:

“Sosial-iqtisadi investisiya qoyuluşu 22 milyard manatı ötüb. Bu vəsaitin 59 faizi daxili, 41 faizi isə xarici bazarın payına düşüb.

Ötən il Azərbaycanda ümum daxili məhsul (ÜDM) 2,8 faiz artıb. Ölkədə valyuta ehtiyatları 51,3 milyard dollar təşkil edib. Bu vəsait Azərbaycanın xarici borcunu 8 dəfə üstələyib. Xarici ticarətimizin 47 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb”.

Spiker vurğulayıb ki, ölkədə orta aylıq əmək haqqı 4,5 faiz artaraq 444 manata çatıb: “Yoxsulluq səviyyəsi isə azalaraq 5 faizə çatıb”.

Oqtay Əsədov bildirib ki, qeyri-neft sektoruna investisiya qoyuluşu neft-z sektoruna investisiya qoyuluşundan 2 dəfə çoxdur: “Ötən il inflyasiya 1,4 faiz olub”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı