Modern.az

Milli Olimpiya Komitəsinin vitse-prezidenti: “Avropa Oyunlarında bütün gəlirlər bizə qalacaq” - AÇIQLAMA

Milli Olimpiya Komitəsinin vitse-prezidenti: “Avropa Oyunlarında bütün gəlirlər bizə qalacaq” - AÇIQLAMA

Təhsil

17 Mart 2015, 14:13

Bakı-2015 Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsidir.

Modern.az-ın verdiyi xəbərə görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Onun sözlərinə görə, Bakıya gələcək ölkələrin heyətləri də artıq müəyyənləşib.

Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsindən danışan vitse-prezident olimpiadalar zamanı xərclərin hər zaman təşkilatçı tərəfindən qarşılandığını xatırladıb:

“Bu proses bütün müqavilələrdə qeyd olunur. Oyunlarda da təşkilatçı biz olduğumuzdan, xərcləri özümüz qarşılayırıq və düşünürəm ki, bu, normal haldır. Lakin bu məsələdə bizim üstünlüyümüz var. Olimpiya Oyunlarında bütün marketinq gəlirləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, Avropa Oyunlarında bütün gəlirlər bizə qalacaq. Buraya biletlər, televiziya yayımı və digər marketinq gəlirləri də daxildir. Sonda hesablayıb Azərbaycanın nə qədər qazandığını görəcəyik”.

Komitə rəsmisi Avropa Oyunlarından sonra Azərbaycanda yaşanacağı ehtimal olunan iqtisadi böhranla bağlı iddialara da aydınlıq gətirib:

“Bu sualları mənə tez-tez verirlər. Yunanıstan 2004-cü il Afina Yay Olimpiya Oyunlarından sonra yaranan borcu hələ də ödəyə bilməyib. Ancaq ondan sonrakı Pekin olimpiadasında bu kimi hallar qeydə alınmadı. İkincisi, 3 milyon əhalisi olan bir şəhərdə böyük olimpiya stadionunun olması normaldır. Tofiq Bəhramov adına Respublika Stadionu əhaliyə olan tələbatı ödəmir. Hətta sovet dönəmində belə? bu tələbat ödənmirdi. Avropa Oyunlarının büdcəsi olimpiadaların büdcəsindən qat-qat aşağıdır. Ona görə hesab edirik ki, bizə ziyan dəyməyəcək”.

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı