Modern.az

Ermənilər “Eurovision”dakı mahnının adını dəyişməyə məcbur oldular

Ermənilər “Eurovision”dakı mahnının adını dəyişməyə məcbur oldular

Təhsil

17 Mart 2015, 14:39

Dünən “Eurovision - 2015” mahnı müsabiqəsinə ev sahibliyi edəcək Avstriyada mahnı müsabiqəsinə qatılacaq 40 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş iclas keçirilib.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, müsabiqəyə “erməni soyqırımı”nın 100 illiyinə eyham vuran “Don`t deny” (Unutma) adlı mahnı ilə qatılmaq niyyətində olan Ermənistan nümayəndə heyəti təşkilatçıların qoyduğu tələb qarşısında mahnının adını dəyişməyə məcbur olublar.

Ermənistan İctimai Televiziyası “Genalogy” qrupunun ifa edəcəyi mahnının adının “Face the Shadow” (Üzü kölgəyə doğru) ilə əvəzləndiyini bildirib. Bu addım Avropa Yayım İttifaqının müsabiqədən siyasi motivlər üçün istifadə olunmaması ilə bağlı qəbul etdiyi qərara uyğun atılıb.

 “Eurovision - 2015” yarışması mayın 19, 21 və 23-də keçiriləcək. 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!