Rusiyanın ən böyük maliyyə-sənaye holdinqlərindən olan “Alfa-Qrup” konsorsiumu Türkiyənin əsas mobil operatoru “Turkcell”in səhmlərinin 13,76 faizini satın almaq fikrindədir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sövdələşmə “Alfa-Qrup”a məxsus “Alfa Telecom Turkey” şirkəti ilə “Turkcell” arasında imzalancaq. Rus holdinqi 13,76 faiz səhm üçün ümumilikdə, 2,8 milyard dollar vəsait ödəyəcək. Bundan əvvəl, “Turkcell”in 13,2 faizinə nəzarət edən “Alfa-Qrup” bununla mobil operatorun səhmlərinin 26,9 faiz payına sahiblənəcək.
Modern.az