
“Bəziləri hökumətin hesabatından elə danışırlar ki, sanki bunlar Nazirlər Kabinetinə hesabat verirlər”.
Modern.az saytının verdiyi xəbərə görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Azərbaycanda məmur-vətəndaş münasibətləri olduqca aşağı səviyyədədir.
Sabir Rüstəmxanlının sözlərinə görə, bəzən hansısa nazir, yaxud digər məmur deputatların zənglərinə aylarla cavab vermir. “Milli Məclisin bundan əvvəlki iclasında da məmurların yaratdığı vəziyyətdən söz açmışdım. Hansısa quruma gedirsən, orada o qədər polis dayanır ki, sanki qalanı qoruyurlar”.
Aqşin Kərimov