Modern.az

“İqtidarla müxalifətin 3-cü görüşü baş tutmaya bilər” - Mirmahmud Mirəlioğlu

“İqtidarla müxalifətin 3-cü görüşü baş tutmaya bilər” - Mirmahmud Mirəlioğlu

Təhsil

18 Mart 2015, 12:53

Fevralın 12-də prezidentin köməkçisi Əli Həsənovun və 14 siyasi müxalif partiyanın qatıldlığı iqtidar və müxalifət görüşündə Qarabağ məsələsindən tutmuş bir sıra vacib məsələlər müzakirə edilib. Həmin görüşdə hər iki tərəf belə görüşlərin davamlı olaraq keçilməsinin vacibliyini vurğulayıb. Növbəti görüşün aprel ayında keçirilməsi nəzərdə tutulub. Bu dəfə hansı məsələlərin müzakirəsi gözlənilir?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Modern.az saytına deyib ki, əgər birinci və ikinci görüşdə müzakirə edilən məsələlər yerinə yetirilməyəcəksə, növbəti görüş baş tutmayacaq: “Növbəti görüşün keçirilməsinə xeyli vaxt var. Biz əvvəlki görüşlərdə müzakirə etdiyimiz bəzi məsələlərin həlli ilə bağlı konkret addımlar atılmasını gözləyirik. Əgər həmin görüşlərdə tərəfimizdən irəli sürülən təkliflər nəzərə alınmayacaqsa, növbəti dəfə yığışıb danışmağın nə mənası var?”.

2014-cü il dekabrın 13-dən başlayaraq ilk dəfə olaraq iqtidar və müxalifət arasında görüş baş tutub. Birinci görüş partiyaların təşəbbüsü nəticəsində baş tutmuşdusa, fevralın 12-də keçirilən ikinci görüş isə artıq Prezident Administrasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Şahin Qocayev 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı