Modern.az

“Azərsu”-dan məcburi köçkünlərə bayram sovqatı - FOTO

“Azərsu”-dan məcburi köçkünlərə bayram sovqatı - FOTO

Təhsil

18 Mart 2015, 16:25


Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı  rayonunda  müvəqqəti  məskunlaşmış qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilib. 

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, ərzaq  yardımı Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib. 

Yardıma - un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullar daxil edilib. 

16-18 mart tarixlərində “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər. 


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı