Modern.az

Aslan Aslanovun oğluna görə tutulan Vüqar Əliyevin əfv xəbəri təsdiqlənmədi

Aslan Aslanovun oğluna görə tutulan Vüqar Əliyevin əfv xəbəri təsdiqlənmədi

Təhsil

18 Mart 2015, 18:55


Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun öldürülməsində təqsirli bilinərək ömürlük həbs edilən Vüqar Əliyevin əfv olunduğu barədə xəbər öz təsdiqini tapmayıb.

Qeyd edək ki, bir qədər öncə Modern.az saytına açılamasında Vüqar Əliyevin vəkili Adəm Məmmədov məhkumun adının ölkə başçısının bu gün imzalıadığı əfv sərəncamına düşdüyü barədə məlumat vermişdi. Ancaq əfv olunan məhkumların siyahısı açıqlandıqda Vüqar Əliyevlə bağlı xəbərin yanlış olduğu dəqiqləşib. 

Vüqar Əliyev və keçmiş nişanlısı Lamiyə Quliyeva 2003-cü ildə həbs ediliblər. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.  

Bir müddət əvvəl - 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada nikahdankənar uşaq doğması cəmiyyətdə rezonans doğurub. Lamiyə Quliyeva ötən ay Baş Prokurorluğun verdiyi protestlə azadlığa çıxıb.

Bundan sonra isə Vüqar Əliyev əfv ərizəsi ilə prezidentə müraciət etmişdi.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı