Modern.az-ın məlumatına görə sərəncamda qeyd olunur ki, prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilsin. X.Vəliyev Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokurorudur.
Prezident İlham Əliyev Firudin Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Musayev Pərviz Kərim oğlu “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Ələkbərov Fazil Nəriman oğlu Ələkbərov
İqbal Rafiq oğlu Əliyeva Aysel Etibar qızı
Hüseynov Camil Xalid oğlu
Hüseynov Orxan Yaşar oğlu
İbrahimov Ramin Ənvər oğlu
İsmayılov Nadir Kamil oğlu
Məmmədov Kərim Əvəz oğlu
Məmmədov Qüdrət Niftulla oğlu
Rüstəmov Hidayət Vaqif oğlu
Süleymanzadə Lalə Rəfail qızı
Modern.az