
Martın 18-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədrinin birinci müavini Vurgun Əyyubun sədrliyi ilə İdarə Heyətinin 3-cü toplantısı keçriilib.
Modern.az saytı xəbər verir ki, toplantı zamanı ADR Hərəkatının dövlət qeydiyyatına alınması məqsədilə təsis sənədlərinin Ədliyyə Nazirliyinə təqdimatı ilə bağlı Hərəkatın İdarə Heyətinin üzvü Taleh Əliyevin məlumatı dinlənilib.
İdarə Heyəti üzvləri strukturlaşma fəaliyyətinin tərkib hissəsi olaraq Təşkilat Komitələrinin fəaliyyəti üçün hazırlanmış fəaliyyət proqramı və təlimat layihələrini müzakirə ediblər. Toplantıda həmçinin növbəti həftə ərzində ölkənin inzibati-ərazi vahidlərinə uygunluq prinsipinə əsasında yeni yaradılacaq ADR TK-nin qrafiki də təsdiq olunub.
Bunula yanaşı, ADR Hərəkatının İdarə Heyətinin üzvü, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün təşəbbüsü ilə aprel ayında keçirilməsi plalaşdırılan "Azərbaycan təhsili: dünənə, bu günə və gələcəyə baxış" mövzusunda dəyirmi masanın tarixi, yeri, proqramı və auditoriyası ilə bağlı fikir mübadiləsi aparılıb.
İdarə Heyətinin toplantısına skype vasitəsilə qoşulan ADR Hərəkatının sədri Qubad İbadoğlu mərkəzi idarəetmə ilı bağlı hazırladığı strukturun ilkin varinatını müzakirəyə təqdim edib.
Müzakirələr zamanı tədqim olunmuş struktur əsas kimi qəbul olunub. Sonra sədr müavinləri və icra aparatının səlahiyyətləri ilə bağlı müzakirələr aparılıb. Yekunda Qubad İbadoğlu Ədalət Yusubovun ADR Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini, İbrahim İbrahimlinin isə ADR Hərəkatı İcra Aparatının rəhbəri təyin olunması bağlı imzaladığı sərəncamlarla İdarə Heyəti üzvlərini məlumatlandırıb.
Modern.az