Modern.az

İranla bağlı yaranmış şansı qaçırmaq məsuliyyətsizlikdir - AÇIQLAMA

İranla bağlı yaranmış şansı qaçırmaq məsuliyyətsizlikdir - AÇIQLAMA

Təhsil

19 Mart 2015, 01:04

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer facebook sosial şəbəkəsində onlayn-konfrans təşkil edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya XİN başçısı facebook istifadəçələrinin ona ünvanladığı sualları cavablandırıb.   O, “altılıq” ölkələrinin (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin + Almaniya) İranla apardığı danışıqlara toxunaraq bildirib ki, növbəti günlərdə həlledici qərarların veriləcəyi gözlənilir.

“İranın nüvə proqramı ilə bağlı 10 ildir ki, heç bir nəticə verməyən danışıqlar aparır. Amma artıq bəzi fikir ayrılıqları öz həllini tapıb. Bununla belə, son baryerlər, yəni daha mürəkkəb məsələlər həll edilməyib. Buna görə də biz danışıqlarda nəticələrə nail olmağa üçün bütün səylərimizi davam etdiririk. Şans var, bunu qaçırmaq isə məsuliyyətsizlik olardı”.  

Almaniyanın Rusiya ilə münasibətlərinə də toxunan Frank-Valter Ştaynmayer deyib ki, iki ölkə arasında əlaqələrin inkişaf etməsi üçün Ukrayna böhranı siyasi yolla öz həllini tapmalıdır:

“Buna görə də Ukrayna münaqişəsinin səbrlə və israrla siyasi, diplomatik yolla həlli üzərində işləməliyik. Biz Rusiya ilə münasibətlərimizi itirməməliyik”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı