Modern.az

Şəhid ailələri dövlətin diqqət və qayğısından razılıq ediblər

Şəhid ailələri dövlətin diqqət və qayğısından razılıq ediblər

Təhsil

19 Mart 2015, 10:40

Ölkə başçısının “xalqla dövlət məmuru bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibətilə Horadiz şəhərində şəhid ailələrinə və imtiyazlı ailələrə baş çəkib, onlara bayram sovqatları verib, problemləri ilə maraqlanıb, həmin ailələrlə birgə çay süfrəsi arxasında əyləşib. Novruz bayramının paylaşmağın, yardımlaşmağın, qardaşlığın və əmin-amanlığın rəmzi olduğunu bildirib.

Alı Alıyev Horadiz şəhər sakinləri şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva və digərləri ilə söhbətində ölkə başçısının və onun xanımı Mehriban Əliyevanın şəhid ailələrinə, ehtiyacı olan insanlara, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, insanların sosial  müdafiəsinə  xidmət edən çoxsaylı xidmətləri füzulililərin ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – işğal olunmuş torpaqlara, Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. 

Şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva xalqımızın ən əziz bayramı olan Novruzda onları yada saldıqlarına, qayğıları ilə maraqlandıqlarına görə ölkə başçısına və onun xanımına minnətdarlıqlarını bildirib, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini vurğulayıblar.

 










Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı