Modern.az

“Şən dullar” - Azərbaycanda yeni serial çəkildi - VİDEO

“Şən dullar” - Azərbaycanda yeni serial çəkildi - VİDEO

Təhsil

19 Mart 2015, 11:56


Yaxın günlərdə Azərbaycan teleməkanında yeni serial tamaşaçıların ixtiyarına veriləcək.

Layihənin mətbuat katibi Fuad Mədətovun Modern.az-a verdiyi məlumata görə, “AFA production”un istehsalı olan “Şən dullar” adlı bədii serialda Azərbaycanın tanınmış aktyorları çəkilib. Komediya janrında olan serialın ərsəyə gəlməsinin ideya müəllifi Raid Abbasovdur. O, həmçinin filmin quruluşçu rejissordur.

İlkin versiya 45 dəqiqə olmaqla 24 hissədən ibarət serialın ssenari müəllifi Yeganə Kərimzadə, baş prodüseri Ruslan İsmayılov və  quruluşçu operatoru Hüseyn Bağırovdur.

Rollarda Sənubər İsgəndərli, Mehriban Səfərova, Gülnarə Abdullayeva, Nigar Güləhmadova, Mətanət Əhmədova və başqaları çəkilib.

Yeganə Kərimzadə film ilə bağlı qısa məluumat verib. O, serialın əsas qəhrəmanlarından danışıb:

“Yaşadığımız zaman, öz keşməkeşləri, dolambacları, mənəvi və maddi borclarıyla nəyinki kişilərin, eyni zamanda qadınların da çiyinlərinə ağır yüklər qoyub. Bizim cənnətdən qovulmuşlar əsərimizin qəhrəmanı olan mərd, məğrur, eyni zamanda zərif qadınlar bütün çətinliklərdən mərd-mərdanə həyatın üzünə gülə-gülə sivişib çıxmağı bacaran beş rəfiqə, beş dul qadındır. Onlar zamanla zəif yeri gələndə zərif, lazım gəlsə cəsur xanıma çevrilirlər. Əsərdə əsl müasir Azərbaycan xanımlarının obrazı yer alıb. Onlar mənliklərini hər şeydən uca tutan, dostluğa sadiq, eyni zamanda bir az qeybətcil, bir az sözbaz olsalar da, mahiyyət etibarı ilə sadəcə qadındırlar...
Əsər incə yumorla cilanlansa da həyatın özüdür: - burada gülüş və kədər, eşq və xəyanət var”.

Onu da qeyd edək ki, “Şən dullar” serialının tanıtım video çarxı hazırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı