Modern.az

“Kürdlərin fəallaşması Türkiyənin yanlış siyasətinin nəticəsidir” - Politoloq

“Kürdlərin fəallaşması Türkiyənin yanlış siyasətinin nəticəsidir” - Politoloq

Təhsil

19 Mart 2015, 15:19



“Suriya və İraqda kürdlərin fəallaşması birbaşa Türkiyəninin yalnış siyasəti ilə bağlıdır. Hazırda ABŞ və Türkiyə münasibətləri heç də yaxşı səviyyədə deyil. Doğrudur, son zamanlar münasibətlərin yumşalması üçün bir sıra addımlar atılıb. Türkiyənin İŞİD-ə qarşı mübarizəyə qoşulması buna bariz nümunədir. Lakin hər halda Türkiyənin İncirlik hərbi bazasından istifadəyə imkan verməməsi, İŞİD-lə bağlı münasibətlərdə müəyyən qədər loyal mövqe tutmasıABŞ-ı çox qəzəbləndirib”.

Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Suriyanın şimalında yaradılması nəzərdə tutulan kürd muxtariyyəti haqqında danışarkən bildirib.

Politoloq artıq proseslərin təhlükəli bir xarakter aldığını, kürdlərin məsələsinin ABŞ və Avropa üçün birinci dərəcəli mövqe tutduğunu bildirib: “İş o yerə çatıb ki, prezidentliyə namizədliyi irəli sürülən ABŞ senatorlarından biri seçiləcəyi təqdirdə müstəqil Kürdüstan dövlətinin yaradılacağına kömək edəcəyini bəyan edib. Əlbəttə, bu siyasi etikadan kənar bir bəyanatdır.

Lakin Kobani və Kərkükdə İŞİD-ə qarşı aparılan mübarizə Avropa və ABŞ-ın gözündə kürdlərin rolunu artırdı. Zənnimcə, Türkiyənin yanlış siyasəti nəticəsində bu gün kürdlər ABŞ-ın Yaxın Şərq planlarında birinci dərəcəli mövqe tutmağa başlayıblar. Bunun nəticəsidir ki, ABŞ Bəşər Əsədə toxunulmayacağı və onun hakimiyyətdə qala biləcəyi kimi siqnallar verməyə başlayıb. Rojavada da kürdlərə muxtariyyət verilməsi məsələsi Bəşər Əsədin istəyi ilə deyil, ABŞ tərəfindən ona ötürülən bir ideadır. Bu proses eyni zamanda Türkiyəyə qarşı formalaşdırılan bir cəbhənin ilkin başlanğıcıdır. Bunlar olduqca təhlükəli proseslərdir”.

Şahin Qocayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı