Modern.az

Kürdəmirdə ağır qəza - 3 maşın toqquşdu, 1 nəfər öldü, 4-ü yaralandı

Kürdəmirdə ağır qəza - 3 maşın toqquşdu, 1 nəfər öldü, 4-ü yaralandı

Təhsil

19 Mart 2015, 17:57

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün Kürdəmir rayonu, Bakı-Qazax yolunun 195-ci kilometrliyində “MERCEDES-VİTA” markalı mikroavtobusla “MERCEDES” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə "VAZ" markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb. Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindirilib. Yol kənarına düşmüş meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək  aidiyyatı qurumlara təhvil verilib. Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı