Gürcüstan prezidenti Georgi Marqvelaşvili faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı paradda iştirak etmək üçün Moskvaya getməyəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili bəyan edib. Onun sözlərinə görə, Gürcüstan prezidentinə dəvət göndərilsə də, mayın 9-da paradda iştirak etməyəcək.
Bundan əvvəl ABŞ, Böyük Britaniya, Polşa, Slovakiya, İsrail, Litva, Latviya və Estoniya liderləri də mayın 9-da Rusiyaya gəlməkdən imtina ediblər. Fransa prezidenti Fransua Olland hələ ki yekun cavab verməyib. Almaniyanın kansleri Angela Merkel Qələbə paradında iştirak etməsə də, mayın 10-da Moskvaya gələrək prezident Vladimir Putinlə birgə Naməlum əsgərin məzarına gül dəstəsi qoymaq niyyətindədir.
Modern.az