Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamına ABŞ reaksiya verib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki danışıb.
Cen Psaki Azərbaycan rəhbəri İlham Əliyevin 4 qeyri-hökumət təşkilatı üzvünü əfv etməsini alqışlayıb.
O bildirib ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi Bəşir Süleymanlı və daha üç nəfər qeyri hökumət təşkilatı üzvünün əfv edilməsi təqdirəlayiqdir.
Qeyd edək ki, prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamı 101 nəfərə şamil edilib. Onların içərəsində ictimai və siyasi fəal hesab edilən şəxslər də var.
Modern.az