Modern.az

Amerikalı həmsədr cəbhə xəttindəki gərginlikdən yazdı

Amerikalı həmsədr cəbhə xəttindəki gərginlikdən yazdı

Təhsil

20 Mart 2015, 13:45

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan-Ermənistan qoşunların təmas xəttindəki gərginliyə münbasibət bildirib.

Modern.az-ın məlumatına görə amerikalı həmsədr Ceyms Uorlik bu barədə özünün twitter səhifəsində yazıb. O bildirib ki, bu cür hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına ziyan vurur.

"Dağlıq Qarabağda zorakılığın olması faciədir və bu atəşkəs rejimin pozulması ilə nəticələnir. Tərəflər isə bir-birini ittiham edir. Bu cür hərəkətlər Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll ediıməsinə ziyandır",-deyə Ceyms Uorlik yazıb.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, üdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq, ermənilərin 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı