Modern.az

Çempionlar Liqası və AvroLiqaın ¼ finalında oynayacaq cütlüklər - SİYAHI

Çempionlar Liqası və AvroLiqaın ¼ finalında oynayacaq cütlüklər - SİYAHI

Təhsil

21 Mart 2015, 09:40


Çempionlar Liqasında ¼ finalda görüşəcək klublar məlum olub. Modern.az bildirir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın baş qərargahında təşkil olunan 5 ölkədən 8 komandanın yer aldığı püşkatmada ötən mövsümün çempionu “Real” Madrid daha bir finalçı “Atletico” Madrid ilə düşüb. Cütləşmələrdə birinci sırada yer alan komandalar ilk oyunlarını evlərində oynayacaq.

¼ finalın ilk oyunları aprelin 14-15-də, revanş qarşılaşmaları isə 21-22 apreldə keçiriləcək.

Püşkatmanın nəticəsi belədir:

“Paris Sen-Jermen” (Fransa) – “Barselona” (İspaniya)
“Atletico” Madrid (İspaniya) – “Real” Madrid (İspaniya)
“Porto” (Portuqaliya) – “Bavariya” Münhen (Almaniya)
“Yuventus” (İtaliya) – “Monako” (Fransa)


Avropa Liqasının da ¼ final mərhələsində qarşılaşacaq komandalar məlum olub. Bu mərhələnin oyunları aprelin 16-sı və 23-də oynanılacaq.

“Sevilya” (İspanya) – “Zenit” (Rusya)
“Dnepr” (Ukrayna) – “Brugge” (Belçika)
“Dinamo” Kiyev (Ukrayna) – “Fiorentina” (İtaliya)
“Volfsburg” (Almanya) – “Napoli” (İtaliya
)

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı