Modern.az

Rusiyada yanan ticarət mərkəzinin azərbaycanlı icarəçisi günahkar olduğunu etiraf etdi

Rusiyada yanan ticarət mərkəzinin azərbaycanlı icarəçisi günahkar olduğunu etiraf etdi

Təhsil

21 Mart 2015, 09:57



“Zarya” şirkətinin direktoru, Kazandakı “Admiral” Ticarət Mərkəzinin icarəçisi Hüseyn Qəhrəmanov Tatarıstan Ali Məhkəməsində həbsindən verilən şikayətə baxılan zaman təqsirkar olduğunu boynuna alıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Qəhrəmanovun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı istəyi qəbul olunmayıb.
Tatarıstan Ali Məhkəməsi onun təsridxanada saxlanılması haqda qərar çıxararaq, həbsinin qanuni olduğunu bəyan edib. Yanqın təhlükəsizliyinin tələblərinin pozulması nəticəsində 2 və daha artıq şəxsin ölümünə səbəb olmaq ittihamı ilə saxlanılan Hüseyn Qəhrəmanovun vəkili müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaqlarının, astma xəstəliyindən əziyyət çəkdiyini vurğulayaraq həbs- qətimkan tədbirinin dəyişdirilməsinin mümkün olduğunu bildirib. Lakin məhkəmə vəkilin də istəyinə əhəmiyyət verməyib.

Kazandakı iri ticarət mərkəzində yanğın martın 11-də baş verib. Nəticədə 17 nəfər (onlardan 2-si Azərbaycan vətəndaşıdır) ölüb, 50-dən çox adam yaralanıb. 2 nəfərin taleyi isə hələ də naməlum qalır.

Yanğın faktı ilə bağlı dərhal cinayət işi qaldırılıb. Ticarət mərkəzinin məxsus olduğu şirkətin rəhbərləri və icraəçi firmanın nümayəndələri saxlanılıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz