Martın 21-də Tbilisidə Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasının təşkilatçılığı ilə hökümət əleyhinə kütləvi etiraz aksiyası keçirilib.
Modern.az saytının xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, aksiyada böyük izdiham yaşanıb və hatta mitinqə 50 min nəfərin qatıldığı iddia olunub. Bu, 2012-ci ildən bəri müxalifətin ən irimiqyaslı aksiyası sayılır. Tbilisinin mərkəzindən keçən Rustavelli prospektinə toplaşan on minlərlə aksiyaçı Gürcüstan hökumətini istefaya çağıraraq, onu sosial-qtisadi problemləri həll edə bilməməkdə ittiham edib.