Modern.az

Hadi Rəcəbli bayram günlərində seçiciləri ilə görüşüb - FOTO

Hadi Rəcəbli bayram günlərində seçiciləri ilə görüşüb - FOTO

Təhsil

22 Mart 2015, 11:50


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda Novruz bayramı ərəfəsində  mədəniyyət  və istirahət parkındakı ağsaqqallar evində seçiciləri ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, görüşlərdə seçicilər Prezidentimizin Novruz bayramı qabağı “Qız qalası” önündə etdiyi çıxışın müddəalarını xüsusi vurğulayıb və ölkədə mövcud olan sabitliyə və əminamanlığa görə cənab prezidentə dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.

Çıxış edən əmək və müharibə veteranları 90 yaşlı Şöhüb Kazımov, Mudaris Heydərov, Seleyman Əliyev, Məmmədağa Qənbərov, Ağalar İsayev,  Məmməd Qasımov və Gülməmməd Quliyev ölkəmizdə gedən tikinti-quruculuq, abadlıq işlərinə xüsusi qiymət vermiş, olimpiya oyunlarının Azərbaycanda keçirilməsini xüsusi qeyd ediblər. Onlar dünyada gedən ikili standartlar müstəvisində Azərbaycanın özünün, sözünün və siyasi xəttinin tamam müstəqil qala bilməsində prezident İlham Əliyevin rolunu qeyd ediblər. Ağsaqqallar Lənkəranda gedən sosial iqtisadi proseslərədə yüksək qiymət veriblər. Söhbət əsnasında onlar cəmiyyətdə mövcud olan qaragüruhçuluq, kütlə psixalogiyasına və emosiyalara uyan qüvvələri pisləyiblər.

Deputat ağsaqqaların bir sıra xahiş və müraciətlərinə yerindəcə baxıb, onların həllinə kömək etməyə çalışıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı