Modern.az

Novruz Aslanov 52 yaşını qeyd edir

Novruz Aslanov 52 yaşını qeyd edir

Təhsil

22 Mart 2015, 13:10

Bu gün Milli Məclisin deputatı,  Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktoru Novruz Aslanovun ad günüdür.

Modern.az-ın məlumatına görə, Novruz Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində anadan olub.

Azərbyacan Politexnik İnstitunun avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib.

"Tərəqqi" medalı ilə təltif edilib. 6 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.

1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, müdir müavini işləmişdir. 

1991 -ci ildən "Azərağackağız" İdarəsinin rəis müavini, rəisi, "Azərağackağız" Səhmdar Cəmiyyətinin sədri, prezidenti vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

Bitərəfdir.

2005-ci il noyabrın 6-da 86 saylı İsmayıllı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür.

Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Albaniya, Azərbaycan-Danimarka, Azərbaycan-Kuba, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 4 övladı var.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı