Modern.az

Sabah yağıntılı və küləkli hava şəraiti olacaq

Sabah yağıntılı və küləkli hava şəraiti olacaq

Təhsil

22 Mart 2015, 14:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə-dək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı