Modern.az

"El-Klassiko" - "Barselona" "Real"a aman vermədi

"El-Klassiko" -  "Barselona" "Real"a aman vermədi

Təhsil

23 Mart 2015, 02:15


Bu gün futbol azarkeşlərinin diqqəti yenə İspaniyaya yönəlmişdi.  “Nou Kamp”da əzəli rəqiblər – “Barselona” ilə Madrid “Real”ı növbəti dəfə üz-üzə gəliblər. La Liqanın 28-ci turu çərçivəsində baş tutan bu qarşılaşma həmişəki kimi gərgin mübarizə şəraitində keçib.
Modern.az-ın məlumatına görə, oyun “Barselona”nın qələbəsi ilə başa çatıb – 2:1.
Qolları "Barselona"dan Matiyu və Suares, "Realdan isə Ronaldo vurub.

Bu qələbədən sonra xalını 68-ə yüksəldən “Barsa” liderliyini bir qədər də möhkəmləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı