Ukrayna Ali Radasına “Xalq Cəbhəsi”ndən deputat seçilən Nikolay Martınenkoya İsveçrədə cinayət işi açılıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, president Pyotr Poroşenkonun tərəfdarı olan deputat 30 milyon frank (28,4 avro) rüşvət alaraq onu Sürixdəki Hottinger & Cie bankdakı hesabına yerləşdirməkdə şübhəli hesab olunur. Məlumatda qeyd edilir ki, istintaq Martınenkonun parlamentin yanacaq-energetika kompleksi, nüvə siyasəti və nüvə təhlükəsizliyi məsələləri üzrə komitəsinin sədri kimi fəaliyyəti ilə bağlı aparılır.
Modern.az