Modern.az

Türkiyənin məhşur müğənnisi qumarı tərgidə bilmədiyini etiraf etdi

Türkiyənin məhşur müğənnisi qumarı tərgidə bilmədiyini etiraf etdi

Təhsil

23 Mart 2015, 13:17

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç “Ən böyük peşmanlığım” dediyi qumardan imtina edə bilmir.

Modern.az Türkiyə KİV-ə istinadən bildirir ki, qumar aludəçiliyilə bilinən Serdar Ortaç konsert vermək üçün getdiyi Kiprdə yenə boş dayanmayıb. 


İki il əvvəl “20 illik qumar həyatımda 50 milyon dollar itirdim. Sonunda da hamısını halal edib qumar oynamaqdan əl çəkdim” deyən müğənni, Kiprdə Merit Crystal Cove Oteldə səhnəyə çıxdıqdan sonra nəfəsi casinoda alıb. Otelin qumarxanasına gedən Serdar Ortaç “maşının” başına keçdi. Casino işçisinin 30 min TL-lik kreditlə oyunu açması ilə Ortaç “bet” düymələrinə basmağa başlayıb.   Müğənni, düymələrə bastıqca uduzub. Oynadığı bet o qədər yüksək olub ki, 30 min TL-ni uduzması cəmi 10 dəqiqəsini alıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı