Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı isə normadan bir qədər yuxarı olub. Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ən çox qar örtüyü Qubanın dağlıq ərazilərində qeydə alınıb. Belə ki, həmin ərazilərdə qar örtüyünün hündürlüyü 21-35 sm-ə çatıb. Daşkəsən və Gədəbəydə 18 sm, Göygöldə 11 sm, Qəbələdə-Altıağacda 10 sm kimi qar düşüb. Ölkənin əksər ərazilərində - Bakı və Abşeron yarımadasında, Lənkəran-Astara, Gəncə-Qazax və digər yerlərdə isə yağış yağıb. Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı normadan bir qədər yuxarı olub.
Modern.az