Modern.az

Güclü qar Quba-Xınalıq yolunu bağladı

Güclü qar Quba-Xınalıq yolunu bağladı

Təhsil

23 Mart 2015, 13:35

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlara səbəb olub. 

Modern.az xəbər verir ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb. Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.(Apa)    

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz